Yüklənir...
+994 51 225 43 43 gs.huseynova@biosert.az

SERTİFİKATLAŞDIRMA HAQQINDA


Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçı və ya istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun (prosesin və ya xidmətin) qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiq edilməsi prosedurudur. Həmçinin uyğunluq sertifikatlaşdırılması eyniləşdirilmiş məhsulun (prosesin və xidmətin) konkret standarta və ya digər normativ sənədin tələblərinə uyğun olmasının sübutu üçün üçüncü tərəfin inamının qazanılmasıdır.

Uyğunluq sertifikatı – sertifikatlaşdırma obyektinin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə və digər normativ sənədlərin tələblərinə cavab verdiyini göstərən sənəddir.

Uyğunlu sertifikatlaşdırılmasından uğurla keçən sahibkarlıq subyektləri uyğunluq nişanından da istifadə etmək hüququ əldə edirlər. İstifadə edilən uyğunluq nişanı qanunla müdafiə edilir. Uyğunluq nişanından qanunsuz istifadəyə yol verilə bilməz.

``Sara QRUP``QSC-nin Kənd Təsərrüfatı məhsularının və xidmətlərinin ``BİOSERT`` sertifikatlaşdırma orqanı tərəfindən aparılan sertifikatlaşdıırlma prosesi aşağıdakı mərhələlərdən ibarət olur

• Sertifikatlaşdırma üzrə sifarişin qəbul edilməsi

Sifariş sertifikatlaşdırma işlərinə başlamaq üçün ilkin mərhələ hesab edilir. Bu zaman müştəri tərəfindən sertifikatlaşdırma obyektinə dair bütün məlumatlar (sertifikatlaşdırma obyektinin adı, aidiyyəti normativ texniki sənədlər), sahibkarlıq subyektinin faktiki və hüquqi ünvanı, bank rekvizitləri və VÖEN sifariş üzrə blankda göstərilməklə aidiyyəti digər sənədlərlə birlikdə ``BİOSERT`` Sertifikatlaşdırma Orqanına təqdim edilir.

• Sifarişin təhlili

Sifariş qəbul edildikdən sonra ``BİOSERT`` Sertifikatlaşdırma Orqanının mütəxəssisləri tərəfindən daxil olan sifarişin bütün aidiyyəti sənədləri təhlil edilir. Təhlilin nəticələri müsbət olarsa, mütəxəssislərin və sertifikatlaşdırma orqanın direktorunun təsdiqi ilə, sifariş qeydiyyata alınır.

• Müqavilənin bağlanması

Sifariş qeydiyyata alındıqdan sonra sahibkarlıq subyekti (sifarişçi) və sertifikatlaşdırma orqanı ( ``BİOSERT`` Sertifikatlaşdırma Orqanı) arasında müqavilə bağlanılır. Müqavilə eyni hüquqi qüvvəyə malik olmaqla qarşı tərəflərin razılığı əsasında iki nüsxədə (nüsxələrdən biri sifarişçidə, digəri isə ``BİOSERT`` Sertifikatlaşdırma Orqanında qalır) tərtib edilir.

• Sertifikatlaşdırma işlərinə başlanması barədə qərar

Sifarişin qəbul edilməsi, sifarişin təhlilinin aparılması və müqavilənin bağlanılmasından sonra sertifikatlaşdırma işlərinə başlanılması barədə qərar qəbul edilir. Sertifikatlaşdırma obyektinin növündən asılı olaraq görülməli olan işlər barədə məlumatlar qərarda öz əksini tapır. Sifarişçi sertifikatlaşdırma işlərinə başlanılma barədə qəbul edilmiş qərar haqqında məlumatlandırılır.

• Formaların doldurulması və müvafiq sənədlərin təqdim edilməsi

Sifarişçi məhsulun istehsalında (xidmət və işlərin görülməsində) tətbiq olunan bütün prosesləri və metodları əks etdirən sənədləri tədqim edərək müvafiq formaları doldurur.

• Qiymətləndirmə fəaliyyəti və nəticələrin təhlili

Təqdim olunmuş məlumatların uyğunluğunun və tamlığının yoxlanılması məqsədilə sertifikatlaşdırma üzrə orqan tərəfindən sertifikatlaşdırma obyektinin sxemində nəzərdə tutulan şəkildə onların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə zamanı mənfi nəticə əldə olunan halda sifarişçiyə bütün uyğunsuzluqlar barədə məlumat verilir və onların düzəldilib yekun sənədlərin təqdim edilməsi üçün imkan yaradılır. Qiymətləndirmə fəaliyyətindən əldə edilən nəticələrin təhlili aparılır. Sertifikatlaşdırma obyektinin normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilir.

• Uyğunluq sertifikatının verilməsi barədə qərar

Qiymətləndirmə fəaliyyətindən əldə edilən nəticələrin təhlili əsasında sertifikatlaşdırma obyektinə sertifikat verilib və ya verilməməsi barədə qərar qəbul edilir. Sertifikatlaşdırma prosesinin nəticəsi olaraq sertifikatlaşdırma üzrə orqan mənfi qərar qəbul edərsə, sifarişçiyə səbəbini göstərməklə sertifikatın verilməməsi barədə qərarını verir.

Əgər sertifikatlaşdırma üzrə orqan müsbət qərar qəbul edərsə, sifarişçiyə uyğunluq sertifikat və sertifikatlaşdırma obyektini uyğunluq nişanı ilə nişanlamaq hüququ verir. Verilən sertifikatda onun verilməsi üçün əsas və qeydiyyat nömrəsi göstərilir. Sertifikatlaşdırılan obyektin sertifikatlaşdırma sxemində inspeksiya nəzarəti tələbi olarsa, həmin obyektlər üçün təyin olunmuş müddətdə inspeksiya nəzarəti həyata keçirilir.



expand_less