Yüklənir...
+994 51 225 43 43 gs.huseynova@biosert.az

"BIOSERT" Sertifikatlaşdırma Orqanı


``Sara QRUP``QSC-nin Kənd Təsərrüfatı məhsularının və xidmətlərinin ``BİOSERT`` sertifikatlaşdırma orqanı 30.06.2021-ci ildə yaradılmışdır. ``BİOSERT`` sertifikatlaşdırma orqanı fəaliyyət sahəsinə uyğun olaraq sifarişlər əsasında sertifikatlaşma xidmətini aparır. Uyğunluğun qiymətləndirilməsi prosesinin nəticəsinə əsasən kənd təsərrüfatı məhsullarının və xidmətlərinin uyğunluğu barədə uyğunluq sertifikatı verir. 2021-ci il 30 iyun tarixli AZ 02.0558.01.21 nömrəli Akkreditasiya Attestatını əldə etmişdir.

“BİOSERT” Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma fəaliyyətinin tələblərinə uyğunluğunu təmin etmək üçün aşağıda göstərilən tələbləri yerinə yetirməyi öhdəsinə götürüb və bunu Keyfiyyət Menecment Sisteminin sənədlərində, o cümlədən Keyfiyyət Sahəsində Siyasət, Rəhbərlik Sənədi və prosedurlarda təfsilatı ilə göstərib:

- Sertifikatlaşdırmanın bütün mərhələlərində qərəzsizliyin təmini;

- Sifarişçilər arasında ayrıseçkiliyə yol verməmək;

- Sifarişçinin sertifikatlaşdırma ilə bağlı məlumatlarının məxfiliyinin qorunması;

- Qanunların,standartların və istehlakçıların tələblərini yerinə yetirmək;

- Şikayət və appelyasiyaların gecikdirilmədən baxılması;

- Sertifikatlaşdırmanı keyfiyyətlə və təyin olunmuş vaxtda yerinə yetirmək;

- Sertifikatlaşdırma qaydalarına təsir edən dəyişikliklər barədə Sertifikatlaşdırılan təşkilatı məlumatlandırmaq. “BİOSERT” Sertifikatlaşdırma Orqanı qərəzsizliyin təmini üçün Risklərin qiymətləndirilməsini aparıb və baş verə biləcək təhlükələrin qarşısını almaq üçün tədbirləri təyin edib. “BİOSERT” Sertifikatlaşdırma Orqanı apardığı sertifikatlaşdırma fəaliyyətinin rəqabət davamlılığını artırmaq məqsədilə qabaqcıl təcrübə və yenilikləri nəzərə alıb Keyfiyyət Menecment Sistemini daima təkmilləşdirir. “BİOSERT” Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma fəaliyyətinin bütün mərhələlərini özündə ehtiva edən sənədlər dəsti sifarişçilər və içtimaiyyət üçün açıqdır. Biz, sertifikatlaşdırma prosesini qısa zaman müddətində və tələblərə uyğun olaraq aparacağımıza zəmanət veririk. “BİOSERT” Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma işlərini nəzərdə tutulmuş vaxtda və tələblərə uyğun yerinə yetirmək üçün səriştəli personala malikdir. Biz, müştərilər və digər maraqlı tərəflərlə daim interaktiv informasiya mübadiləsi aparırıq ki, bu da sertifikatlaşdırma prosesində qarşıya çıxa biləcək problemləri asanlıqla həll etməyə imkan verir.

img
expand_less